"Neftçi" məşqçisinin pulunu kəsib hara verir?

19 Noyabr 2019 22:05 Neftçi 1 161
"Neftçi" məşqçisinin pulunu kəsib hara verir?

"Neftçi" rəhbərliyi əsas komandanın qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevi cəzalandırıb.

Sportinfo.az-ın məlumatına görə, klub prezidenti Kamran Quliyevin göstərişinə əsasən, ona mükafat ödənilməsi dayandırılıb.

Məsələ burasındadır ki, Premyer Liqanın III turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində Etibar Tarıverdiyev rəqibin baş məşqçisi Ayxan Abbasova zərbə vurduğuna görə AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə 20 oyunluq cəzalandırılmışdı.

Apellyasiya Arbitraj Tribunalı cəzanın 20 matçdan 10-a, kluba tətbiq olunan 16 min manatlıq cərimənin isə 8000-ə endirilməsi qərarı vermişdi.

"Neftçi" indi həmin pulu Tarıverdiyevin mükafatından tutur. Paytaxt klubu "Sumqayıt"la qalmaqallı matçdan sonra 4 qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti