Misli Premyer Liqasında 8-ci tur davam edir.
Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlir.
Hazırda hər iki komandanın 16 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə birinci, Ağdam təmsilçisi isə üçüncü yeri tutur.
Bakılıların rəhbərliyi bu qarşılaşmaya böyük ümidlərlə yanaşır. İnanırlar ki, komandaları "Tofiq Bəhramov"dan 3 xalla ayrılmağı bacaracaq.
"Ağ-qaralar" Azərbaycan derbisini qalibiyyətlə başa vurarsa, yüksək məbləğ əldə edəcək.
Əsas heyətdə meydana çıxan futbolçuların hər birini 5500-6000 manat həndəvərində mükafat gözləyir.
SPORTİNFO.AZ
