Vernidub ona görə özünü “Neftç”də pis vəziyyətə salır

14:00 Neftçi 186
Vernidub ona görə özünü “Neftç”də pis vəziyyətə salır

Yuri Vernidubun iddialırla bağlı bir fobiyası əmələ gəlib.

Çempionluq və medallar uğrunda rəqiblərlə oyunlarda «Neftçi» qalib gələ bilmir.

Bu hal cari mövsümdə artıq üçüncü dəfədir baş verir.

Zirədə 0:1 hesabıyla uduzdular. «Tofiq Bəhramov»da «Qarabağ» son dəqiqə qoluyla əllərindən qaçırdılar. Ötən gün də «Turan Tovuz»la görüş 1:1 bitdi.

Analoji hadisənin dəfələrlə təkrarlanması ondan xəbər verir ki, Vernidub əsas rəqiblərlə duellərə komandasını üst səviyyədə hazırlamağa çətinlik çəkir.

O, özünün də dediyi kimi, artıq 10 aydır buradadır, di gəl, ritmi tutmaq kimi bir problemə hələ də çözüm tapa bilməyib. Deməli, işin ən həssas periodunda müəyyən səhvlərə yol verir. Bura taktiki və pstxoloji amillər daxildir.

Xəbərdarlıq etməkdən artıq çənəm də yorulub. Axı nə qədər söyləmək olar ki, «taxt» uğrunda mübarizə aparmaq istəyən «Neftçi»nin müdafiəsində İqor Ribeyroya vazkeçilməz gözüylə baxılmamalıdır.

Braziliyalının «Turan»la oyunlarda etdiklərini birinci dəfədir görmürük. Ribeyro ötən mövsümün əvvəlində də heç nədən qırmızı vərəqə almışdı.

Yuri Vernidub cənubi amerikalıya güvənməklə, əslində, komandasının digər oyunçularının ona olan inamını sarsıdır. 60 yaşlı ukraynalı bunu bugünədək dərk etməyibsə…

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!