«Neftçi»nin Premyer Liqaya uğurlu start verməsinin əsas səbəblərindən biri məlum olub.
Bu, Yuri Vernidubun gündəlik iş prosesində yenilik etməsiylə bağlıdır.
Belə ki, baş məşqçi rəqibləri artıq təkbaşına analiz eləmir. Ukraynalı çalışdırıcı bu işə məşqçi korpusuna daxtl olanları və analitik qrupun üzvlərini daxil edib.
Təcrübəli mütəxəssis hər turdan öncə onların hər birinə qarşı tərəfin son 5 oyununu incələməyi və raport hazırlamağı tapşırıb.
Burada təkcə həmin komandanın taktiki gedişləri barədə yox, eyni zamanda, hər bir futbolçuya dair qeydlər yer alır.
60 yaşlı sükançı raportları tək-tək gözdən keçirməklə, onun əsasında taktiki plan qurur, əsas heyəti müəyyənləşdirir.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan «ağ-qaralar» çempionatın 8 turu ərzində 17 xal toplayıb. Beş qələbə qazanan, 2 heç-heçəyə imza atan bakılılar yalnız 1 dəfə məğlubiyyətlə üzləşib.
SPORTİNFO.AZ
