“Neftçi“də vurduğum ilk qolu heç vaxt unutmayacam“

22 Oktyabr 23:40 Neftçi 82
“Neftçi“də vurduğum ilk qolu heç vaxt unutmayacam“

“Əlbəttə, bu formayla Premyer Liqada vurduğum ilk qol mənim üçün unudulmaz olacaq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Neftçi”nin müdafiəçisi Rüfət Abbasov deyib.

Paytaxt təmsilçisi ötən iki mövsümdə "Şamaxı"da çıxış etmiş 21 yaşlı müdafiəçi ilə yayda 3 illik müqavilə imzalaıb.

“Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib:

“Mən “Neftçi”də böyümüşəm, akademiyasında, əvəzedici komandasında oynamışam. Doğma klubumun əsas komandasında vurduğum ilk qolu heç vaxt unutmayacam.

Ümid edirəm ki, bunun davamı gələcək. Hər halda bütün məşqlərdə var qüvvəmlə çalışıram ki, bacarığımı göstərim“.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM