“Neftçi” Misli Premyer Liqasının doqquzuncu turunda “Turan Tovuz”la keçirəcəyi matçın hazırlığını başa vurub.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
“Neftçi” - “Turan Tovuz” qarşılaşması oktyabrın 24-də “Palms Sports Arena”da keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.




