10 nəfərlə qalan “Neftçi” qələbəni bu cür əldən verdi - VİDEO

01:10 Neftçi 1 156
10 nəfərlə qalan “Neftçi” qələbəni bu cür əldən verdi - VİDEO

Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” və “Turan Tovuz” komandaları qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi görüşün 30-cu dəqiqəsində “Neftçi”nin futbolçusu İqor Ribeyro qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Buna baxmayaraq, 44-cü dəqiqədə Breno Almeyda fərqlənərək meydan sahiblərini önə keçirib. Matçın 73-cü dəqiqəsində isə Aleksa Yankoviç hesabı bərabərləşdirib.

Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “Neftçi” 18 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Kurban Berdıyevin komandası “Turan Tovuz” isə 15 xalla dördüncü yerdədir.

"Neftçi" - "Turan Tovuz" 1:1

“Palms Sports Arena ”, 4460 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Rahil Ramazanov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Qustavo Klisman, 42 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 70 (oyunun bərpasının ləngidilməsi); Viçko Şevel, 86 (qeyri-idman hərəkəti) // Dioqo Balau, 52 (qeyriidman hərəkəti); Xorxe Silva, 74 (qeyri-idman hərəkəti); Hayderson Hurtado, 90 (qeyriidman hərəkəti)
Qırmızı vərəqə: İqor Ribeyro, 29 (ciddi qayda pozuntusu)
Qollar: Breno Almeyda, 44 // Aleksa Yankoviç, 73
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

“Neftçi”
1. Emil Balayev (k)
3. Rüfət Abbasov
77. Falaye Sako
5. İqor Ribeyro
55. Endryu Qravilyon
33. Breno Almeyda
(7. Emil Səfərov, 78)
10. Freddi Varqas
(97. Bassala Sambu, 78)
20. Qustavo Klisman
(22. Denzel Jubitana, 90)
88. Viçko Şevel
11. Alen Şkribek
(14. Elvin Bədəlov, 32)
27. Draqolyub Saviç
(18. İfeanyi Metyu, 46)
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
91. Nurəziz Əzizov
6. Sessi Dalmeyda
24. Mustafa Sek
29. Lyubomir Tupta
26. Adeleke Akinyemi
70. Andrey Ştoqrin
Baş məşqçi: Yuri Vernidub

“Turan Tovuz”
1. Oleq Baklov
4. Rahil Məmmədov
(19. Roberto Olabe, 65)
21. Stiv Beusnar
(8. David Tavareş, 65)
3. Enrike Silva
(25. Denis Marandiçi, 65)
23. Alexandro Serrano
90. Joarlem Santos
77. Vadji İbrahima
(17. Rəhim Sadıxov, 88)
32. Hayderson Hurtado (k)
7. Xorxe Silva
33. Filip Damyanoviç
11. Dioqo Balau
(28. Aleksa Yankoviç, 65)
Ehtiyat oyunçular:
35. Aleksey Kenyaykin
13. Mehman Hacıyev
88. Faiq Hacıyev
99. Sadiq Şəfiyev
5. Roderik Miller
15. Emmanuel Hakman
Baş məşqçi: Kurban Berdiyev

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!