15 ildən sonra “Neftçi”dən ayrıldı, azərbaycanlı futbolçunu Avropaya apardı

20:40 Neftçi 150
15 ildən sonra “Neftçi”dən ayrıldı, azərbaycanlı futbolçunu Avropaya apardı

Qədir Həsənov uzun illərini “Neftçi”yə həsr etmiş şəxslərdəndir.

Rəhmətlik Sadıq Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə bura gələn funksioner təxminən 15 il ərzində “ağ-qaralar”ın idarəçiliyində müxtəlif vəzifələrdə çalışıb.

Lakin ötən ilin sentyabr ayında klub rəhbərliyi ilə yaranan fikir ayrılığı onun “Neftçi”dən ayrılması ilə nəticələndi.

Bununla belə, Həsənov futboldan uzaqlaşmayıb, əksinə, özü üçün yeni istiqamət müəyyənləşdirib.

39 yaşlı funksioner menecerlik fəaliyyətinə start verib.

Yunanıstanda fəaliyyət göstərən tanınmış agent şirkətlərindən biri ilə əməkdaşlığa başlayan Həsənovun əsas məqsədi azərbaycanlı futbolçuların xarici klublara transferinə şərait yaratmaq, eyni zamanda səviyyəli legionerlərin ölkəmizə gəlməsinə vasitəçilik etməkdir.

Onun bu istiqamətdə ilk uğurlu addımı Murad Məmmədovun “Pafos”a keçidində vasitəçilik etmək olmuşdusa, növbəti uğuru Əli İbrahimin “Olimpiakos”a transferi ola bilər.

U-20-nin üzvü məhz onun köməkliyi sayəsində baxışdan keçmək üçün Yunanıstan nəhənginin düşərgəsinə yollanıb.

Görünən odur ki, uzun illər “Neftçi”də çalışan Qədir Həsənov indi Azərbaycan futboluna fərqli müstəvidə xidmət etməyə çalışır.

Qarşıdakı dövrdə onun menecer kimi atacağı addımların hansı nəticələr verəcəyini isə zaman göstərəcək. Siyahıda Rza Cəfərov, Edqar Adilxanov, Şahin Şahniyarov kimi futbolçuların adları var.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti