“Neftçi”nin baş məşqçisi eşitdiyi bu məlumata heyrət etdi!

20:20 Neftçi 219
“Neftçi”nin baş məşqçisi eşitdiyi bu məlumata heyrət etdi!

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub Azərbaycanda öyrəndiyi məlumata heyrət edib.

Belə ki, ötən ilin dekabrında «ağ-qaralar»ın sükanı arxasına keçən mütəxəssis Premyer Liqa klublarının büdcələri və transferlərə ödənilən məbləğlər barədə eşitdiklərinə təəccübünü gizlədə bilməyib.

Bir zamanlar «Şerif»lə Çempionlar Liqasının həyacanını yaşamış təcrübəli mütəxəssis «Neftçi»nin işçi personalı ilə söhbətində maraqlı etiraf edib:

«Mən bura gəlməsəydim, heç vaxt inanmazdım ki, Azərbaycan futbolunda bu qədər pul var. Yalnız «Qarabağ» və «Neftçi»nin imkanlı olduğunu fikirləşirdim.

Bakıya gəldim, digər komandaların vəziyyəti ilə yaxından maraqlandım, gördüm ki, səhv qənaətdə olmuşam. Azərbaycanda pullu klubların çoxluğunu öyrəndim.

Açığı, Ukraynada «Dinamo» və «Şaxtyor»un maliyyə imkanları yüksəkdir, o biri klublar isə çətinlik çəkir.

Onlar buradakı klublar qədər geniş imkana malik deyillər, futbolçulara böyük ödənişlər etməyə gücləri çatmaz.

Təəssüf ki, Azərbaycan klubları kənarda bir o elə tanınmır».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti