"Neftçi"nin 2 milyonluq yeni transfer hədəfi məlum oldu - SON DƏQİQƏ

19 İyul 09:40 Neftçi 5 374
"Neftçi"nin 2 milyonluq yeni transfer hədəfi məlum oldu - SON DƏQİQƏ

"Neftçi"nin transfer bazarında fəallığı davam edir.

"Ağ qaralar"a təklif olunan oyunçuların siyahısı genişdir.

Amma baş məşqçi Samir Abasovun israrla sərəncamında gördüyü adlar elə də çox deyil.

Onlardan birinin kimliyi artıq bizə məlum olub.

Bu, Kennedi Boatinqdir.

28 yaşlı legioner hazırda Rumıniyanın "Dinamo" klubuna məxsusdur.

Mərkəz müdafiəçisi daha əvvəl Avstriyada LASK, "Riad", "Lustenau" klublarında çıxış edib.

Qısa müddətdə Portuqaliyada "Santa Klara"nın formasını geyinib.

Dəyəri 2 milyon manata yaxın qiymətləndirilən oyunçu Toqo millisində 10 görüş keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 17:30 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma