“Neftçi”nin baş məşqçisi ilə bağlı İNANILMAZ OLAY – Hələ beləsi görülməmişdi

3 İyul 20:00 Neftçi 1 419
“Neftçi”nin baş məşqçisi ilə bağlı İNANILMAZ OLAY – Hələ beləsi görülməmişdi

Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf haqda ətraflı bilgiyə sahib olmaq üçün Rumıniya mətbuatına baş vurmağa peşman olursan.

Adam ölkəsində məşqçilik bacarığı və uğurları ilə yox, şəxsi həyatıyla gündəmə düşüb və düşməkdədir.

İçki aludəçiliyi, gecə həyatına bağlılığı, narkotik vasitələrə meyilliliyi, rəsmi həyat yoldaşını atıb gecə həyatındakı “fəaliyyəti” ilə ad çıxarmış qadınla eşq yaşaması və sair.

Saytlarda qarşımıza bəzən şok effektli yazı və açıqlamalar da çıxır ki, adamın inanmağı gəlmir. Amma inanmağa məcbursan.

Məsələn, Rumıniyanın ən məşhur simalarından sayılan Viktor Pitsurkanın 2017-ci ildə “Dolce Sport”a verdiyi müsahibədə Regekampf haqda dediyi fikilər kimi:

“Mənim Regedən qisas almaq fikrim var idisə, həmin an Sürixdə yaşanan hadisəni danışardım. Nə baş vermişdi?

Özü və köməkçiləri oyun günündən bir gün əvvəl yeməkdən sonra spirtli içki qəbul etdiyindən səhər yuxudan oyana bilməmişdilər. Təsəvvür edin, futbolçular məşqdədir, məşqçilər yoxdur. Güclə durğuzmuşdular ki, bəs, oyanın, oyun günüdür.

Bunu mənə həmin vaxt Regenin rəhbərliyi altında oynamış futbolçulardan 3-ü etiraf etmişdi. Dedilər, məşqçilər heyəti araq şüşələrini boşaldırdı.

Həmin vaxt “Styaua”nın sahibi Cici Bekali olaydan xəbər tutmuşdu. Amma baş məşqçini qova bilmirdi. Çünki müqavilənin birtərəfli qaydada pozulması ilə bağlı 1 milyon manatlıq təzminat bəndi var idi. Ona görə də biabırçı hadisənin üstünü ört-basdır etmişdi”.

Viktor Pitsurka “Styaua” və “Universitatya” kimi tanınmış komandaları çalışdırıb, ayrı-ayrı vaxtlarda 3 dəfə Rumıniya millisinə rəhbərlik edib.

HƏBİB / SPORTİNFO.AZ

LİNK:

https://ziare.com/steaua/laurentiu-reghecampf/piturca-face-dezvaluiri-halucinante-reghecampf-a-fost-atat-de-mahmur-ca-abia-s-a-trezit-sa-mearga-la-meci-1455944?fbclid=IwAR05ss0wYlOtFKnHi-wErK7oC3L7nEu9dMMFiuWCz6-neUHOZuQMhnrqnio

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 16:40 Abunə ol və paylaş!