
Yaponiya millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, 22 nəfərlik siyahıda “Neftçi”nin sabiq yarımmüdafiəçisi Keysuke Hondaya yer verilməyib.
Məşqçilər korpusu 23 yaşdan yuxarı 3 oyunçuya dəvət göndərib ki, bunlar Hiroki Sakay, Vataru Endo və Maya Yoşidadır.
Halbuki Honda bu ilin martında “Neftçi” ilə müqavilə imzalayarkən hədəfinin “ağ-qaralar”da qısa müddətdə əvvəlki formasını bərpa etmək və Olimpiadaya qatılmaq olduğunu açıqlamışdı.
“Neftçi” ilə Azərbaycan çempionu olan və mövsümün sonunda komandadan ayrılan 35 yaşlı ulduz futbolçunun planı baş tutmayıb.
Keysuke Honda Azərbaycan Premyer Liqasında keçirdiyi 7 oyunda 2 qola imza atıb.