.jpg)
Macarıstanla yoxlama görüşündə 7.3 balla ən yaxşı indeksə sahib futbolçumuz Emin Mahmudov olub.
Latviya ilə görüşdən öncə kapitanlıq sarğısınım "8 nömrə"yə verilməsinin xoş gələcəyin işartıları ola biləcəyinə qeyd etmişdik.
Mahmudov ehtimallarımızı doğrultdu.
Hər iki görüşdə 90 dəqiqə meydanda olması ilə.
Əslində son aylar zədədən ciddi əziyyət çəkən 31 yaşlı oyunçunun fiziki cəhətdən axsayacağı gözlənilirdi.
Amma Santuşun onun xidmətindən əvəzlənmədən istifadə etməsi "problem yoxdur" mesajı kimi qəbul olunmalıdır.
İstək, mübarizə də öz yerində.
Eminə məxsus iti ötürmələri də uzun aradan sonra hər iki matçda görə bildik.
Sadəcə yoldaşları lazımı qədər dəyərləndirə bilmədi.
Eminlə bağlı millidə yaşanan pozitiv məqamlara yəqin ki, ən çox sevinənlərdən biri "Neftçi"nin baş məşqçisi Samir Abasovdur.
Təcrübəli mütəxəssis yeni mövsüm üçün yeni komanda qurur.
Mahmudovun həmin komandada hansı çəkiyə sahib olacağı çox ciddi düşünmək tələb edən sual idi.
Yaşının artması, ardıcıl zədələr, meydandakı azalan intensivliyi onunla bağlı böyük planlar qurulmasını şübhə altına atırdı.
Məncə, Eminin Latviya və Macarıstan önündəki performansı bu baxımdan Abasovu bir xeyli sakitləşdirə, rahatlaşdıra bilər.
Ki, ona güvənmək, yenilənən "Neftçi"ni onun ətrafında formalaşdırmaq olar.
XANOĞLAN / SPORTİNFO.AZ