“Neftçi” bu transferə görə nə qədər ödəmə edəcək? - Bazarda son durum

15:00 Neftçi 1 124
“Neftçi” bu transferə görə nə qədər ödəmə edəcək? - Bazarda son durum

Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro yeni mövsümə “Neftçi”də başlayacaq.

29 yaşlı braziliyalı “ağ-qaralar“la 2+1 illik müqavilə imzalayacaq.

Bu sövdələşmə “sambaçı“ya hər mövsümdə 380-400 min dollar civarında pul qazandıracaq.

Razılaşma iki klubun rəhbərliyi səviyyəsində həll olunub. Naxçıvan təmsilçisi cənubi amerikalının gedişinə görə qarşı tərəfdən təzminat alacaq.

Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində hazırda görüşmələr davam edir. Böyük ehtimalla, “Neftçi“ 200 min dollardan çox ödəmə etməli olacaq.

Ribeyro 2023-cü ilin yayından “Araz-Naxçıvan”da forma geyinir. O, bu ilin aprelində klubla müqaviləsini 2026-cı ilin yayına qədər artırıb.

Cari mövsüm müdafiəçi “qırmızı-ağlar”ın heyətində 33 matça çıxıb, 9 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti