
“Bayern”in hücumçusu Leroy Sane klubunu dəyişməyə, “Qalatasaray”a keçməyə bir addım da yaxınlaşıb.
Sane, klubun televiziya kanalına verdiyi ilk müsahibəsində gələcək komandası barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qərar verməsində “Qalatasaray”ın stadion atmosferinin və azarkeşlərin enerjisinin əsas rol oynadığını bildirib:
“Stadion, azarkeşlər, bu gurultulu atmosfer – hamısı məndə böyük təəssürat yaratdı. Uzun zamandır bu cür enerjini hiss etməmişdim.
Bu, qərarımı dəqiqləşdirməyə yardım etdi. “Qalatasaray” forması ilə meydana çıxacağım günü və tribunaların komandaya necə dəstək verdiyini eşidəcəyim anı səbirsizliklə gözləyirəm”.
O, bir neçə klubdan təklif aldığını desə də, “Qalatasaray”ın ən inandırıcı variant olduğunu xüsusilə vurğulayıb.
Almaniyalı vinger artıq İstanbulda olub və “Qalatasaray”a transfer üçün tibbi müayinədən keçib.