
Xəbər verdiyimiz kimi, "Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmən açıqlayıb.
Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D`Almeyda "ağ-qaralar"a keçib.
29 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.
Tam adı Sessi Oktave Emile d'Almeida olan legioner Bordoda dünyaya gəlib. Futbolda ilk addımlarını da şəhərin eyni adlı komandasında atıb.
“Bordo”nun əsas heyətində 3 matça çıxıb. 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib.
Daha sonra “Barnsli”, “Blekpul”, “Yeovil” (hamısı İngiltərə), “Valensienn” (Fransa), “Tondela” (Portuqaliya) və “Pau FC”da (Fransa) tər töküb. 29 yaşlı afrikalının son klubu Kiprdə “Apollon Limassol” olub.
Həm Fransa, həm də Benin pasportuna malikdir. 2015-ci ildən Afrika təmsilçisinin yığmasında çıxış edir. O, Benin millisində 34 matçda 1 qol vurub.
Almeyda hələ 5 ay qabaq Azərbaycana gələ bilərmiş. Tərəflər arasında ilkin razılıq onda əldə olunub.
Sadəcə, Kipr klubu həmin vaxt yüksək məbləğdə təzminat tələb etdiyindən, bakılılar keçidi yayadək ertələyib.
«Bordo»nun yetirməsi Azərbaycanda keçirəcəyi hər mövsümə görə 250-300 min dollar qazanacaq. Ona başqa ölkələrdən də təkliflər gəlib.
Almeyda daha çox forma şansı qazanacağına zəmanət aldığı üçün «Neftçi»nin yolunu tutub.
SPORTİNFO.AZ