“Yeni komandamı dünyanın ən yaxşı baş məşqçisi çalışdırır”

11 İyun 18:40 İngiltərə 241
“Yeni komandamı dünyanın ən yaxşı baş məşqçisi çalışdırır”

“Mançester Siti”nin yeni transferi Ticani Reynders İngiltərə klubuna keçidi ilə bağlı ilk təəssüratlarını bölüşüb.

Sportinfo.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi bu keçidə görə çox xoşbəxt olduğunu bildirib:

“Bu keçidə görə çox xoşbəxtəm. “Mançester Siti” dünyanın ən böyük klublarından biridir.

Komandanı dünyanın ən yaxşı baş məşqçisi (Pep Qvardiola) çalışdırır və heyətdə yüksək səviyyəli futbolçular yer alır. Mən də komandaya daha çox uğur qazanmaqda kömək etmək istəyirəm.

Premyer Liqada oynamaq mənim üçün reallaşmış bir arzudur. İşə başlamağı səbirsizliklə gözləyirəm”.

26 yaşlı futbolçu “Mançester Siti” ilə müddəti 5 il olan müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!