
“Küveyt və Azərbaycan mənim üçün çox yaxşı təcrübə oldu”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin sabiq hücumçusu Daniel Subotiç deyib.
Serbiyalı forvard “qırmızı-qaralar”ın şərəfini qoruduğu 2013/14 mövsümündə, həmçinin 2016/17mövsümünün ikinci yarısında meydana çıxdığı 41 oyunda 15 qol və 1 assistlə yadda qalıb.
O, “ölkəmizi sənə sevdirən nə idi” sualına cavabında aşağıdakıları söyləyib:
“Xüsusi nəyisə göstərə bilmərəm. Bəlkə də klublardakı peşəkarlıq, dostluq münasibəti, ailə mühiti bu iki ölkəni mənə sevdirdi.
Qəbələ kənd tipli şəhər idi, lakin mən oranı sevirdim. Bəzən orada necə yaşadığımı soruşurdular, deyirdim, zövq alıram.
Eyni sözlər Küveytə də aiddir. Bu dəqiqə sual versələr ki, Küveyt, yoxsa Azərbaycan? Seçim edə bilmərəm.
Çünki hər iki ölkənin mədəniyyəti, xüsusən də insanları mənə xoş olub”.