"Neftçi" azarkeşləri yeni transferi necə qarşıladı?

6 İyun 22:20 Neftçi 892
"Neftçi" azarkeşləri yeni transferi necə qarşıladı?

"Neftçi" cəbhəsində narahatlıq davam edir.

"Ağ qaralar"ın son iki mövsümdə ciddi uğursuzluq yaşayaraq avrokuboklardan kənarda qalması azarkeşlərin gələcəyə olan inamını əməlli-başlı sarsıdıb.

Bunu yeni transfer - Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D`Almeydanın elan edilməsindən sonra aydın görmək mümkündür.

Fanatlar 29 yaşlı oyunçunu yaxından görmədən, izləmədən neqativ reaksiyalarla yadda qalıb.

Təbii ki, arasında PSJ-nin sabiq üzvünə uğur arzulayanlar da az olmayıb:

"Keçən il də belə videolar düzəldirdiniz. Sonrası məlum oldu...".

"Bu klubda ancaq video təqdimat hazırlayan öz işinin peşəkarıdır".

"Videolar çəkməyin, nəticə verin".

"Bunun son oyunlarına baxmışam. Konkret meydanda can qoymur. Müdafiəyə kömək etmir. Əks-hücumlarda gəzə-gəzə geri qayıdır".

"Ümid edək ki, keçənilki vəziyyət olmayacaq".

"Xeyirli olsun".

"Uğurlar".

"Belə bəh-bəhlə edilən təqdimatlar çox görmüşük".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi