Bakıda möhtəşəm futbol turniri başlayır

11 İyun 23:00 Maraqlı 2 624
Bakıda möhtəşəm futbol turniri başlayır

Bakıda mərhum azərbaycanlı hakim Tofiq Bəhramovun 100 illik xatrəsinə həsr olunmuş minifutbol turniri keçiriləcək.

Yarışın təşəbbüskarı Azərbaycan Hakimləri İctimai Birliyidir. Gülağa Cabbarovun sədrlik etdiyi birliyin təşkilatçılığı ilə keçiriləcək turnirin dəstəkçiləri Azərbaycan Minifutbol Federasiyası və “Topaz”dır.

Yarışın media dəstəkçiliyini isə Sportinfo.az və Fanat.az saytları öz üzərinə götürüb.

Oyunlar iyunun 14-də start götürəcək. Həvəskarlardan qurulan 12 komanda 4 qrupda mübarizə aparacaq. Matçlar “ASK Arena”nın ərazisində yerləşən “Azfar”ın meydançalarında keçiriləcək.

Oyunların təşkili şənbə və bazar günlərinə nəzərdə tutulub. Təxminən bir ayı əhatə edəcək xatirə turnirinin yekununda mükafatçı kollektivlərə və ayrı-ayrı nominasiyalarda qalib olanlara xüsusi hədiyyələr təqdim olunacaq.

İyunun 11-də Regional Futbol Federasiyasının ofisində püşkatma mərasimi keçirilib.

Beləliklə, A qrupunda “Xəzri” (Buzovna), “Qalaktikos” (AzTV), “Futzal hakimləri”, B qrupunda “Veteran hakimlər”, ADBTİA, “Kiber”, C qrupunda “Union”, “Veteran futbolçular”, “Referee team”, D qrupunda “Media Stars”, “Siti Baku” və “Neftçi PFK” komandaları yer alıb.

Püşkatmaya əsasən, turnirin ilk turunda “Veteran hakimlər” – ADBTİA (saat – 10:00), “Media Stars” – “Siti Baku” (11:00), “Xəzri” – “Qalaktikos” (12:00), “Union” – “Veteran futbolçular” (13:00) üz-üzə gələcəklər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!