
Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Karvan"ın legioneri Ezekiel Morqan mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Mayın ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.