
ASTA rəhbərliyi Fuzuli Məmmədovu qəbul etmir. Bu barədə «Mingəçevir»dən saytımıza bildirib.
Klubda çalışan şəxslər redaksiyamızla əlaqə saxlayaraq, baş məşqçi ilə bağlı problemin onların fəaliyyətinə mənfi təsir etdiyini bildirib:
O çıxıb «CBC Sport»da deyir ki, rəhbərliklə tez-tez görüşüb danışıram, gələn mövsümlə bağlı planları müzakirə edirəm.
Bu boyda yalan olmaz axı.. ASTA-nı idarə eləyənlər onun telefon zənglərinə cavab verir ki, hələ bir görüşsünlər də..?
Əvvəl bir-iki dəfə söhbət olub, vəssalam! Onda da Füzuliyə deyilib ki, məşqçilərin maaşı çoxdur, daha ödəyə bilmirik.
O da ki, özünün və köməkçilərinin əməkhaqqının azaldılmasına qarşıdır. Deyiblər ki, Mingəçevirdə bu qədər məşqçi var, onları özünə köməkçi götür, yenə razılaşmır.
Futbolçulardan əksəriyyətinin maaşı ödənilib. Bir neçə nəfər qaılb. Məşqçilər də pullarını hələ almayıb. ASTA istəyir ki, Füzuli Məmmədov getsin.
O, burada yaxşı nəticə qazansa da, xasiyyəti problem yaradır. Bildyiimizə görə, ASTA-dakılar Füzuli Məmmədov haqda kimdən soruşubsa, hamısı pis danışıb.
Əslində, ASTA-nın pul problemi yoxdur. Sadəcə, baş məşqçinin getməsini istədikləri üçün ödəmələri gecikdirirlər».
SPORTİNFO.AZ