
Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, "Maqazin Plus"a danışan şou-biznes adamı oğlu Mahir Emrelidən danışıb.
O, millimizin formasını geyinən övladının Mədətov soyadını dəyişməsinə münasibət bildirib:
"Allahım elə məsləhət gördü ki, belə olmalıdır. Bu, məni heç narahat etmir. Ancaq bir müddət narahat oldum.
Heç kim başa düşmədi ki, M.M kimi yenə də qalıb. İndi "Mahir Mahir" gedir adı.
Mən Mahirə anamın adını qoymuşam. Yenə də mənə xoşdur ki, Mahir Mahirdir".