“Sabah” 5-ci yeri tutdu

12 İyun 2025 23:20 Qəbələ 962
“Sabah” 5-ci yeri tutdu

“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” beynəlxalq futbol turnirində iştirak edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Arslan Quliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batusi” (3:1) ilə qarşılaşıb.

Qrup mərhələsini 2-ci pillədə başa vuran “Sabah” 1/4 finalda “Kobuleti” ilə qolsuz heç-heçədən sonra penalti seriyasında məğlub olub.

"Sabah" 5–8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti”yə (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək turniri 5-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi