"Qalatasaray" almaniyalı hücumçu ilə 3 illik müqavilə imzaladı - RƏSMİ

12 İyun 10:00 Türkiyə 229
"Qalatasaray" almaniyalı hücumçu ilə 3 illik müqavilə imzaladı - RƏSMİ

"Qalatasaray" "Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sanenin transferi ilə bağlı rəsmi açıqlama yayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki tərəf arasında razılaşma əldə olunub. Sane transfer üçün artıq İstanbula yollanıb.

Almaniya millisinin üzvü ilə 3 illik müqavilə imzalanacaq.

29 yaşlı hücumçu başa çatan mövsümdə Bundesliqada 30 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!