Rumıniya klubunun dayaq yarımmüdafiəçisi “Araz” yolunda

12 İyun 2025 09:20 Araz-Naxçıvan 1 633
Rumıniya klubunun dayaq yarımmüdafiəçisi “Araz” yolunda

"Araz-Naxçıvan" yaxın vaxtlarda sıralarını yeni yarımmüdafiəçi ilə gücləndirə bilər.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Farul”un futbolçusu İonut Vineni heyətinə qatmağı planlaşdırır.

30 yaşlı dayaq yarımmüdafiəçi "Universitatye" (Kluj) və "Dinamo"nun (Buxarest) da diqqət mərkəzindədir. Hazırda azad agent olan Vinenin hansı qərarı verəcəyi hələlik məlum deyil.

“Araz-Naxçıvan” başa çatan mövsümü 3-cü pillədə başa vuraraq, yeni mövsüm Konfrans Liqasında oynamağa haqq qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq