
“Sumqayıt” heyətini Rusiyada yaşayan azərbaycanlı ilə gücləndirə bilər.
Söhbət sözügedən ölkədə anadan olan, futbolun sirlərinə burada yiyələnən Rəsul Hüseynovdan (Rasul Quseynov) gedir.
“Ximki”nin ikinci komandasında top qovan, əsas komandanın da məşqlərinə cəlb olunan soydaşımız 2004-cü ilin dekabrında dünyaya gəlib.
Sol ayağı işlər olan futbolçunun yarımmüdafiənin və müdafiənin “solu”nda oynamaq bacarığına malikdir.
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Rəsula çempionatın gedişindən göz qoyub deyə, yay transfer dönəmində onu komandasına cəlb etmək istəyir.
Di gəl, futbolçu və valideynləri qərar verməkdə tələsmək istəmir. Digər tərəfdən, “Ximki” ilə sözləşməsinin müddəti bu ilin sonuna qədərdir deyə, məxsus olduğu klubla da ortaq məxrəcə gəlmək lazımdır.
Hüseynov 2022-ci ildən Rusiyada çıxış etdiyi müxtəlif liqalarda 62 oyunda şans qazanmaqla 6 qol, 9 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ