Baş məşqçisi ilə 2 illik müqavilə imzalayacaq - "Yuventus"

12 İyun 01:40 İtaliya 136
Baş məşqçisi ilə 2 illik müqavilə imzalayacaq -

"Yuventus" və İqor Tudor yeni müqavilə barədə razılığa gəliblər.

Sportinfo.az xəbər verir ki, Turin klubunun baş direktoru Damyen Komolli daha əvvəl xorvat mütəxəssisin növbəti mövsümdə də klubun baş məşqçisi olacağını təsdiqləmişdi.

İnsayder Fabritsio Romano bildirir ki, Tudor "Yuventus"la 2027-ci ilin iyun ayına qədər yeni müqavilə imzalayacaq.

Qeyd olunur ki, Komolli və klubun futbol strategiyası üzrə direktoru Corco Kyellini məşqçiyə tam etibar edirlər.

Tudor bu ilin mart ayında "Yuventus"un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 9 oyun keçirib – 5 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət.

Mövsümün yekununda "Yuventus" A Seriyasında 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!