
Azərbaycan millisinin hücumçusu Mahir Emreli azarkeşlərə səslənib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu yığmanın uğursuz çıxışı barədə sosial şəbəkə hesabında yazıb.
"Bəzən meydanda sükut olur, amma ürəkdə fırtına. Bilirik, sizi sevindirə bilmirik.
Hər oyundan sonra o baxışlar, o gözləntilər bizə çatır. Biz də susuruq.
Çünki nəticə danışmır. Amma bu formanı geyinən hər kəs bilir ki, bu, sadəcə futbol deyil.
Bu, millət qarşısında bir məsuliyyətdir. Bu gün alınmırsa, sabah alınacaq.
Bu meydanda qalxana qədər susmayacağıq. Siz yanımızda olduqca, biz bu yoldan dönməyəcəyik", - deyə M.Emreli bildirib.
Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisi Bakıda Macarıstan seçməsinə 1:2 hesabı ilə məğlub olub. İyunun 7-də Latviya ilə baş tutan oyun isə qolsuz bərabərliklə nəticələnib.