Yay ölkəmizə bu saatda daxil olacaq

12 İyun 2025 08:00 Araşdırma 901
Yay ölkəmizə bu saatda daxil olacaq

Yay fəsli Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.

Bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək.

Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.

Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!