Azərbaycanlı jurnalistlərə hakimlik etmək təklif olunur

12 İyun 21:20 Bizimkilər 220
Azərbaycanlı jurnalistlərə hakimlik etmək təklif olunur

Azərbaycanlı idman jurnalistləri özünü hakimlikdə sınaya bilər.

Bu, mərhum hakim Tofiq Bəhramovun 100 illik xatirəsinə həsr olunmuş minifutbol turnirində mümkün olacaq.

Belə ki, yarışın təşkilatçısı olan Azərbaycan Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabbarov həmkarlarımıza belə bir imkan yaradıb.

Turnirin oyunları zamanı baş hakim təşkilatçılar tərəfindən müəyyənləşdiriləcəksə, köməkçi hakim jurnalist olacaq.

Məqsəd nədir?

Daim mühakimə etdiyimiz, işindən bir çox hallarda narazı qaldığımız ədalət təmsilçilərin çətinliyini matç vaxtı hiss etmək. Həvəskar turnirdə belə bir təşəbbüsün yaranması hər nə qədər xoş olsa da, media mənsublarının hakimlik bacarığı bir o qədər maraqlıdır.

Özünü hakimlikdə sınamaq istəyən həmkarlar məlumatları [email protected] elektron ünvanına göndərə bilər.

Maraq üçün bildirək ki, 12 komandanın mübarizə aparacağı turnir iyunun 14-də start götürəcək və bir ay davam edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!