Əcnəbi baş məşqçinin gözündən düşdü, tanış kluba qayıtdı

12 İyun 11:40 Kəpəz 1 990
Əcnəbi baş məşqçinin gözündən düşdü, tanış kluba qayıtdı

Adil Şükürovu doqquz aydan sonra baş məşqçi postuna qaytaran «Kəpəz» ilk oyunçu keçidinə nail olub.

Gəncə təmsilçisi dünən “Sabah” ilə yollarını ayıran Şakir Seyidovla anlaşıb.

Tərəflər arasında 1+1 illik anlaşmaya dair razılıq əldə edilib.

Yarımmüdafiəçi 2018-ci ildən “Sabah”ın formasını geyinirdi. Bu müddət ərzində 60 matça çıxan 24 yaşlı oyunçu 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Eyni zamanda o, bu mövsüm “bayquşlar”la ölkə kubokunda qələbə qazanıb.

Gənclər yığmasının sabiq üzvü daha əvvəl də «sarı-göylər»ə xidmət edib. Masazır təmsilçisi onu 2024-cü ilin əvvəlində «Kəpəz»ə icarəyə verib.

Qərblilər ötən ilin yayında onu bir daha sıralarına qatmağa cəd göstərib. «Sabah» icarə variantına müsbət yanaşsa da, səbəbkarın özü qalmağa üstünlük verib.

Vasili Berezutskinin gəlişindən sonra isə hər şey onun üçün daha da pisləşib. Rusiyalı yeni baş məşqçi cinah oyunçusunu əvəzedici heyətə göndərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!