İcarə müddəti başa çatdıqdan sonra "Mançester Yunayted"ə qayıtdı

12 İyun 10:20 İngiltərə 149
İcarə müddəti başa çatdıqdan sonra "Mançester Yunayted"ə qayıtdı

Ceydon Sanço icarə müddəti başa çatdıqdan sonra "Mançester Yunayted"ə qayıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Çelsi" rəsmi açıqlama verib.

Sanço komandaya 31 avqust 2024-cü ildə qoşulmuşdu və ötən mövsüm klubun heyətində ümumilikdə 41 oyun keçirib.

"Çelsi"dəki çıxışı zamanı vinger 5 qol vurub, sonuncu qolu isə Konfrans Liqasının finalında "Betis"ə qarşı oyunda (4:1) qeydə alıb.

"Zadəganlar" ötən mövsüm icarə əsasında oynayan futbolçunun təxmini 25 milyon funt-sterlinq dəyərində olan məcburi satınalma şərtindən imtina etdiyinə görə 5 milyon funt cərimə ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!