Fransalı hücumçu yenidən Azərbaycana qayıdacaq?

12 İyun 01:00 Premyerliqa 1 941
Fransalı hücumçu yenidən Azərbaycana qayıdacaq?

“Qarabağ”ın sabiq hücumçusu Hamidu Keyta yenidən Azərbaycan Premyer Liqasında oynaya bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 30 yaşlı futbolçunun xidmətində maraqlı olan klublar var.

Premyer Liqanın bir neçə təmsilçisi Keyta üçün menecerinə müraciət edib.

“Konyaspor”da əsas heyət üzvü ola bilməyən Keytanın Azərbaycana qayıtmağa müsbət yanaşdığı bildirilir.

Fransızın Türkiyə klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Sent-Etyen”, “Şambli”, “Dunarea”, “Vitorul”, “Botoşani”, “Santa-Klara”, “Zirə” və “Qarabağ”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!