“Sportinfo”nun yaydığı ŞOK XƏBƏR İngiltərə mediasını bəzədi!

11 İyun 20:00 Gündəm 1 147
“Sportinfo”nun yaydığı ŞOK XƏBƏR İngiltərə mediasını bəzədi!

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Hall Siti"nin maraq dairəsinə düşməsi barədə saytımızın yaydığı xəbərimn əks-sədası bütün Avropaya yayılıb (https://www.sportinfo.az/idman_xeberleri/bizimkiler/151089.html).

İngiltərənin "Hall Live" nəşri də ilk dəfə irajladığımız informasiyanı təsdiqləyib.

"Hall Siti" türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur. Qeyd edilir ki, tezliklə bu klubun baş məşqçisi vəzifəsinə gətiriləcəyi gözlənilən Sergey Yakiroviç Mahir Emreli ilə "Dinamo"da (Zaqreb) birgə çalışıb.

Məlumata görə, iyunun 30-da Emrelinin "Nürnberq" Almaniya) ilə müqaviləsi başa çatır. Məhz bundan sonra "Hall Siti" onu azad agent qismində heyətinə cəlb etmək istəyir.

Bildirilir ki, Emreli mərkəz hücumçusu olsa da, hər iki cinahda da oynaya bilir. "Hall Siti" mövsüm ərzində zəif hücum xəttini gücləndirmək məqsədilə məhz bu çevikliyi nəzərə alır.

Yazıda vurğulanır ki, Emreli Çempionlar Liqası və Avropa Liqası daxil olmaqla, Avropa yarışlarında da geniş təcrübəyə malikdir.

Keçən mövsüm "Hall Siti" yalnız 44 qol vurub və bu, liqanın ən zəif göstəricisidir. Komanda son turda aşağı liqaya düşməkdən çətinliklə xilas olub.

Komandanın ən məhsuldar oyunçusu Joao Pedro cəmi altı qolla yadda qalıb.

Hücum xəttinin gücləndirilməsi hazırda idman direktoru Jared Dublin və yaxınlarda transfer rəhbəri təyin olunan Martin Hodge üçün əsas prioritet sayılır.

Mahirin Böyük Britaniyaya gedişi nə dərəcədə realdır? Saytımız bununla bağlı bəzi yeni məlumatlar əldə edib.

Həmin xəbərlərə əsaslanaraq, "Hall Siti"nin həmyerlimizə 700 min avrodan artıq ödəmə etməyə hazır olduğunu deyə bilərik.

Bonuslara da bura əlavə etsək, bu məbləğ 1 milyon avronu ötəcək. Bunun üçün gərək o, mövsüm ərzində 10-daq çox qol vursun, üstəlik, komanda turnir cədvəlinin yuxarı pillələrində yer alsın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!