.jpg)
“Bu, bizim üçün mövsümün ən böyük məmnunluğudur. Sevincimizin həddi-hüdudu yoxdur, fikirlərimi necə ifadə edəcəyimi bilmirəm”.
“Sabah”ın hücumçusu Pavol Şafranko Azərbaycan kubokunu başı üzərinə qaldırandan sonra Sportinfo.az-a verdiyi “isti” açıqlamada fikirlərini dilə gətirib.
Mayın 31-də “Qarabağ”la baş tutan gərgin oyunun sonlarına yaxın “tələbələr” 1:2 hesabı ilə geridə olsa da, son saniyələrdə vurulan qolla mübarizəni əlavə vaxta daşımağı bacardı.
Matça əlavə olunan 30 dəqiqənin sonlarına yaxın Tellur Mütəllimovun rəqib qapısından keçirdiyi qol kubokun “Sabah”ın muzeyinə yol alması ilə nəticələndi.
Slovakiyalı hücumçu “Qarabağ”ı üstələmələrinin səbəbini bir cümlə ilə izah edib:
“Premyer Liqada hədəfə çata bilməmişdik deyə, son ümid yerimiz ölkə kuboku idi. Həftələrdir bu oyunu gözləyirdik. Kuboku qazanmaq üçün hər kəs canından keçməyə hazır idi.
Çox çətin dönəmdən çıxaraq qalib olduğumuza görə olduqca xoşbəxtik. Komanda yoldaşlarımın, ailə üzvlərinin, övladlarının üzünə baxıram, hər kəsin keçirdiyi sevinc hissisindən fəxr və qürur duyuram.
Bu, tək bizim yox, həm də “Sabah”ın tarixi üçün böyük hadisədir.
Fikrimcə, biz “Qarabağ”dan daha artıq xarakter göstərərək istəyimizə çatdıq”.
Masazır təmsilçisi “Qarabağ” üzərində qazandığı qələbə sayəsində Avropa Liqasına vəsiqə qazanıb.
HƏBİB