“Neftçi” bu millinin müdafiəçisinə təklif göndərdi, danışıqlar başladı - SON DƏQİQƏ

13:00 Neftçi 2 433
“Neftçi” bu millinin müdafiəçisinə təklif göndərdi, danışıqlar başladı - SON DƏQİQƏ

Yeni mövsüm üçün güclü heyət qurmaq istəyən «Neftçi»nin transfer etmək istədiyi növbəti oyunçunun kimliyi bilinib.

Bununla bağlı paytaxt klubundan redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, Giorgos Malekkidis birbaşa Samir Abasovun diqqət mərkəzindədir.

Bakılılar sözügedən müdafiəçini sıralarına qatmaq üçün “Apollon”la danışıqlara başlayıb.

«Ağ-qaralar» 27 yaşlı oyunçu üçün Cənubi Kipr klubuna kompensasiya ödəməyə hazırdır. Çünki onun «Apollon»la hələ 2 illik müqaviləsi qüvvədədir.

Tərəflər hazırda təzminatın məbləğini müəyyənləşdirməyə çalışır.

Malekkidis Cənubi Kipr yığmasının üzvüdür.

Peşəkar futbolda ilk addımlarını 2014-cü ildə »Aris»də atan futbolçu 6 il sonra Limassol şəhərinin digər komandasına - «Apollon»a üz tutub.

O vaxtdan bəri «Karmiotissa» və «Nea Salamis»da icarədə olub, 2023-cü ilin yayında isə geri qayıdıb.

Cənubi Kiprin U-19 və U-21 yığmalarına dəvət edilib. 2024-cü ildən bəri əsas miliyə çağırılır, hesabında 2 rəsmi oyun var.

«Neftçi» Giorgosun bir komanda yoldaşını artıq rənglərinə bağlayıb. Sessi D Almeydayanı nəzərdə tuturuq. Bakılılar Benindən olan yarımmüdafiəçi ilə 2+1 illik anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti