Azərbaycan çempionatında debüt edəcək komanda 4 legioner gətirdi

12 İyun 13:40 Voleybol 752
Azərbaycan çempionatında debüt edəcək komanda 4 legioner gətirdi

"DH Volley" qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatında debütü ərəfəsində heyətini formalaşdırmağa davam edir.

Sportinfo.az xəbər verir ki, komanda indiyədək 4 legionerin transferini reallaşdırıb.

Onların arasında polşalı Natalia Qajevska, serbiyalı Yovana Çirkoviç, italiyalı Elenia De Manqo və braziliyalı Sonali Sidrao da var.

Komandaya həmçinin Azərbaycan millisinin voleybolçuları - Aynur İmanova, Raziyə Əliyeva, Ceyran İmanova və Nilufər Ağazadə də cəlb olunublar.

"DH Volley"in baş məşqçisi Fərid Cəlalovdur.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!