“Neftçi” mənimlə yeni müqavilə imzalasaydı, nəticələr indikindən daha yaxşı olardı”

7 İyun 23:40 Neftçi 397
“Neftçi” mənimlə yeni müqavilə imzalasaydı, nəticələr indikindən daha yaxşı olardı”

“Mən işləyəndə iş imkanları çox pis idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç deyib.

Ötən mövsümün ikinci yarısında “ağ-qaralar”ı çalışdırmış, yayda isə buradan yola salınmış monteneqrolu mütəxəssis həmin günləri xatırlayıb.

O, “sizinlə yeni müqavilə imzalansaydı, nəticələr indikindən daha yaxşı olardımı” sualına cavabında aşağıdakıları söyləyib:

“ Əlbəttə, olardı. Mənə işləmək imkanı verilmədi. Hələ də başa düşə bilmirəm ki, pis heç nə etmədiyim halda, azarkeşlər məni niyə qəbul etmək istəmədi?

Çalışırdım, işləyirdim, son tura qədər avrokuboklara vəsiqə uğrunda mübarizə apardıq. Bilirəm, “Sabah”a məğlubiyyət insanların səbr kasasını daşırmağa səbəb oldu.

Bizim vaxtımızda “Neftçi” üst pillələrdə idi, sonuncu günə qədər mübarizə apardı”.

Digər Xəbərlər
Xəbər Lenti