Azərbaycan klubunda xüsusi gün - Məşqçilər qərar verdi, rəhbər dəstək oldu

11 İyun 21:00 Sumqayıt 1 220
Azərbaycan klubunda xüsusi gün - Məşqçilər qərar verdi, rəhbər dəstək oldu

"Sumqayıt" akademiyası üçün mövsüm sona yaxınlaşır.

Bu münasibətlə kollektiv bir araya gəlib

Söhbət Orxan Abdullayevin baş məşqçisi olduğu U-8 və Məhəmməd Alıyevin çalışdırdığı U-9 və Xəqani Müzəffər Həqiqətin yer aldığı B komandalarından gedir.

Amma məqsəd top oynamaq yox, istirahət etmək olub.

Bir günlük əyləncə üçün isə ölkənin dilbər guşələrindən sayılan Quba rayonu seçilib.

Klub rəhbərliyi də bu təşəbbüsə biganə qalmayıb.

Belə ki, akademiya məşqçiləri və müxtəlif yaş qrupundan olan uşaqların səfərə əsas komandanın ixtiyarında olan nəqliyyat vasitəsi ilə yollanmasına şərait yaradılıb.

Şimal bölgəmizdə uşaqlar üçün piknik təşkil olunub, müxtəlif oyunlar keçirilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO