“Neftçi”nin təklifini dəyərləndirməmək axmaqlıq olardı”

5 İyun 23:40 Neftçi 2 779
“Neftçi”nin təklifini dəyərləndirməmək axmaqlıq olardı”

“Açığı, onunla danışana qədər Azərbaycan barədə geniş bilgilərə sahib deyildim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin ingiltərəli hücumçusu Bassala Sambu deyib.

Bu ilin əvvəlindən ağ-qara formanı geyinən britaniyalı vaxtilə Azərbaycanda çıxış etmiş Natan Oduva ilə dost olduğunu bildirib:

“Əlbəttə, mən onu tanıyıram. “Keşlə”də və “Turan Tovuz”da oynayıb. Natan yaxın dostlarımdandır.

Təxminən 1 il əvvəl Natanın mənə Azərbaycan karyerası barədə danışması, çempionatdakı rəqabətdən söz açması diqqətimi çəkmişdi.

Kipr komandasında oynadığım vaxt “Neftçi”dən təklif alınca, buna isti yanaşdım. Çünki bu klubun Azərbaycanın futbol tarixində xüsusi izləri var. Dəyərləndirməmək axmaqlıq olardı”.

Digər Xəbərlər
Xəbər Lenti