Bütün futbolçuların zəhləsini tökən şəxs “Turan”ı tərk etdi - SON DƏQİQƏ

12 İyun 13:00 Turan 6 407
Bütün futbolçuların zəhləsini tökən şəxs “Turan”ı tərk etdi - SON DƏQİQƏ

Uğursuz mövsüm keçirən «Turan Tovuz»da ayrılıqlar bir-birini əvəz edir.

Avrokuboklara vəsiqə şansını qaçıran əyalət klubu indi yalnız futbolçularla vidalaşmır.

Kurban Berdiyevin ötən ilin iyununda özüylə bərabər bura gətirdiyi Yevgeni Erlix də iş yeri ilə vidalaşmalı olub. Baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi ilə bağlanmış birliik müqavilə yenilənməyib.

Rusiyaya dönən yardımçını kimin əvazləyəcəyi isə hələ naməlumdur. Məlum olan bircə budur ki, «Baba» boşalan yeri tovuzlu məşqçilərdən kimləsə doldurmaq niyyətində deyil.

Erlix «Turan»da çalışdığı müddətdə haqqında ən çox danışılan şəxslərdən biri idi. Demək olar bütün futbolçular onun əlindən dad döyürdü.

Fiziki yükləmələri ağır olduğundan, birinin də ondan xoşu gəlmirdi. Təsadüfi deyil ki, Tovuz komandası mövsümün gedişində xeyli sayda oyunçusunun zədələnməsindən əziyyət çəkdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!