“Neftçi” Ozobiçin qarşısına şərt qoydu - YENİ XƏBƏR

16:30 Neftçi 2 561
“Neftçi” Ozobiçin qarşısına şərt qoydu - YENİ XƏBƏR

“Neftçi”ylə müqaviləsinin müddəti sona çatan futbolçulardan biri də Filip Ozobiçdir.

Təcrübəli yarımmüdafiəçinin karyerasını ağ-qara formada davam etdirməsi öz əlindədir.

İş burasındadır ki, Filipin “Neftçi”dəki maaşı kifayət qədər yüksək idi. 2023-cü ilin yayında illik 300 min dollar şərti ilə 2 illik sözləşməyə imza atmışdı.

İndi nə yaş o yaşdır, nə də orqanizm əvvəlkidir. “Qəbələ” və “Qarabağ”da görməyə alışdığımız futbolçu ilə indiki 34 yaşlı Ozobiçin arasında yerlə göy qədər fərq var.

Baş məşqçi Samir Abasov “10 nömrə”nin insani keyfiyyətlərindən və təcrübəsindən razıdır. Onu komandada görməkdə maraqlıdır. Lakin əvvəlki müqaviləsində yazılan məbləğ həddən artıq çoxdur.

Klub rəhbərliyi 300 min dollarlıq müqavilənin təxminən 3 dəfə azaldılmasını təklif edib. Filip bu şərtlə razılaşsa, karyerasını ağ-qara formada davam etdirəcək. Əks halda özünə başqa klub tapmalı olacaq.

Xorvatiyalı futbolçu paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 70 oyunda 16 qol və 13 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti