“Qalatasaray” məşhur oyunçunu transfer edir - FOTO

12 İyun 00:00 Türkiyə 158
“Qalatasaray” məşhur oyunçunu transfer edir - FOTO

“Bavariya” ilə müqaviləsi başa çatan Leroy Sane “Qalatasaray”a keçir.

Sportinfo.az” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, almaniyalı hücumçunun Türkiyə klubu ilə 3 illik müqavilə imzalayacağını bildirib. Qeyd edib ki, 29 yaşlı futbolçu tibbi müayinə və müqavilə üçün bu gecə İstanbula gedəcək.

Xatırladaq ki, Almaniya millisinin üzvü başa çatan mövsümdə Bundesliqada 30 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Qalatasaray” da rəsmi məlumat yayaraq futbolçu ilə danışıqlar apardığını təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!