AFFA-dan milliyə olan etinasız münasibətin ACI NƏTİCƏSİ

11 İyun 19:00 Milli komanda 507
AFFA-dan milliyə olan etinasız münasibətin ACI NƏTİCƏSİ

Azərbaycan U-21 millisi növbəti sınağını Sumqayıtda verdi.

Gənclər yoxlama görüşündə Monteneqrodan olan həmyaşıdları ilə üz-üzə gəldi.

Üç gün əvvəl Belarusda 3 min azarkeşin qarşısında çıxış edən futbolçularımız bu dəfə boş tribunalar önündə top qovmalı oldu.

İstirahət gününə təsadüf edən qarşılaşmanın start fiti uyğun saatda - 20:00-da başlayırdı.

Azarkeşlərin oyuna gəlməsi üçün yaxşı hava olduğunu da qeyd edə bilərik.

Amma sumqayıtlı futbolsevərlər milli komandanın görüşünə maraq göstərməmişdir.

Etinasız münasibətin nə(lər)dən qaynaqlandığını konkret demək çətindir.

Ancaq bir məqamı qeyd etməyi özümə borc bilirəm.

Oyunun təbliğatı zəif aparılmışdı. Bəlkə də heç aparılmamışdı.

"Sumqayıt"ın ev oyunlarından öncə şəhərin mərkəzi küçələrində, bir neçə ictimai nəqliyyatda oyunun afişalarına rast gəlmək mümkündür.

Bu dəfə isə AFFA tərəfi heç bir addım atmamışdı.

Şəxsən özüm oyun günü stadiona gedərkən şəhərin bir başından digər başına qədər olan uzun məsafədə təbliğatla bağlı heç nəyə rast gəlmədim.

Görünür, federasiyada hər kəsin başı əsas milliyə qarışıb, gəncləri isə yada salan olmayıb.

Ona görə də tribunalardakı üzücü mənzərəni həm də federasiyanın adına yazmalıyıq.

İddia etmək çətindir ki, əgər yetəri qədər təbliğat olsaydı, tribunalar dolu olacaqdı.

Amma əminəm ki, ən azı indikindən 3-4 dəfə çox azarkeş görə bilərdik.

Ümid edək ki, gənclərin növbəti ev oyunlarında bu məqama xüsusi diqqət ayrılacaq.

Axı futbolda azarkeş dəstəyi böyük faktordur.

Hətta qələbələrə daşıyacaq qədər...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!