“Azərbaycan millisinin bizə vurduğu qol sayılmamalı idi”

11 İyun 2025 23:20 Milli komanda 742
“Azərbaycan millisinin bizə vurduğu qol sayılmamalı idi”

“Yaxşı oyun idi. Rəqibin yaxşı komanda olduğunu bilirdik”.

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan millisinin futbolçusu Villi Orban Bakıda Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı müdafiəçi Azərbaycan millisinin qolunda qayda pozuntusu olduğunu söyləyib:

“Orada top ələ dəyişmişdi. 3-cü qolu vurmaq üçün epizodlarımız olsa da, bunlardan istifadə edə bilmədik.

Rəqib öz evində oynadığına görə hesabı bərabərləşdirməyə çalışırdı.

Mövsümü yaxşı bitirdiyimizi düşünürəm. Azərbaycan millisinə növbəti oyunlarda uğurlar arzulayıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti