
"Ötən mövsümü heç də uğurlu keçirməyən "Qarabağ"da ciddi dəyişiklik olacağı gözlənilən idi.
Klub eyni anda 4 futbolçunun - Marko Veşoviç, Yassin Benzia, İsmayıl İbrahimli və Patrik Andradenin ayrılığını rəsmi olaraq açıqlamaqla bunun mesajını vermiş oldu".
Bu fikirləri "İdman TV"də yayımlanan "İdman Səhər" proqramının qonağı olan Sportinfo.az saytının əməkdaşı Xanoğlan İmanov dilə gətirib.
O, Ağdam təmsilçisinin gələcək taleyi və yeni transferlər barədə də geniş fikir səsləndirib.
Aşağıdakı linkə daxil olaraq Xanoğlan İmanovun mövzu ətrafında olan çıxışını izləyə bilərsiniz: