
“Real”ın yarımmüdafiəçisi Luka Modriç 2025-ci ildə keçiriləcək Klublararası dünya çempionatından sonra “Milan”a transferini rəsmiləşdirəcək və tibbi müayinədən keçəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu turnir başa çatana qədər heç bir rəsmi addım atmaq niyyətində deyil və bütün diqqətini “Real”ın çıxışına yönəldib.
39 yaşlı Modriç “qırmızı-qaralar”la ilkin razılıq əldə edib və müddəti 2026-cı ilin iyununa kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
2025-ci ilin Klublararası dünya çempionatı 15 iyun-13 iyul tarixlərində ABŞ-da keçiriləcək. Turnirdə ümumilikdə 32 komanda, həmçinin “Real” da iştirak edəcək.