Azərbaycanlı məşqçi Avropanın 3 ölkəsondən iş təklifi aldı

12 İyun 02:20 Futzal 859
Azərbaycanlı məşqçi Avropanın 3 ölkəsondən iş təklifi aldı

Futzal üzrə "Baku Fire" klubunun məşqçisi və kapitanı Elvin Quliyev xarici ölkələrdən təkliflər alıb.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında mütəxəssis özü bildirib.

O, Finlandiyada UEFA tərəfindən təşkil olunan B kateqoriyalı məşqçi kurslarında iştirak edərkən bir neçə ölkədən təkliflər gəldiyini söyləyib:

"Kurslar 1 il davam etdi. Mənim üçün böyük təcrübə oldu. Seminar zamanı İsveçrə, Finlandiya və Latviya kimi ölkələrdən məşqçi kimi işləmək təklifi aldım.

Lakin Azərbaycanda futzalla yanaşı, uşaq futbolunda da çalışdığım üçün təklifləri dəyərləndirmədim.

Bakıda çoxsaylı tələbələrim var. İnanıram ki, öz ölkəm üçün faydalı olacağam və futzalımızın inkişafı üçün töhfə verəcəyəm".

Elvin Quliyevin məşqçisi olduğu “Baku Fire” Azərbaycan Yüksək Liqasının 2024/2025 mövsümünü gümüş medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!