
“Qarabağ”ın yeni müqavilə bağlamadağı Patrik Andrade Azərbaycanda qala bilər.
“Neftçi“ yarımmüdafiəçi ilə təmasa keçib.
Bakılılar Kabo-Verde yığmasının üzvünə 2 illik müqavilə təklif edib.
32 yaşlı afrikalı 2020-ci ildən “Qarabağ”da oynayırdı. 2022-ci ildə “Partizan”a getmiş, amma bir mövsüm bitən kimi geri qayıtmışdı.
Əvvəllər müxtəlif Portuqaliya klublarında oynamış Patrik ölkəmizə Bolqarıstan “Çerno More”sindən gəlmişdi.
İndi «Neftçi» ilə yanaşı, «Sabah» və «Zirə» də Patrikə maraq göstərir. Ona ən yaxşı şərtlərlə tanış edən isə «ağ-qaralar»dır.
SPORTİNFO.AZ
